"Bandotdel"dən ƏMƏLİYYAT:  5 nəfər saxlanıldı - VİDEO
30 iyun 2022 17:52 (UTC +04:00)

"Bandotdel"dən ƏMƏLİYYAT: 5 nəfər saxlanıldı - VİDEO

Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı keçirdiyi əməliyyat zamanı Hüseyn Qasımov, Mikayıl Qafarov, Seyfəddin Rəhimov, İsmayıl Qacayev və Ramik Məmmədov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şühbəli bilindikləri üçün saxlanılıblar. Onlardan ümumilikdə 39 kiloqram narkotik vasitə heroin, tiryək, marixuana, 500 ədəd metadon həbi və  365 ədəd xüsusi qulluq edilərək yetişdirdikləri çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslərin hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

"Bandotdel"dən ƏMƏLİYYAT: 5 nəfər saxlanıldı

# 2349
avatar

Mehman Nəbiyev

Oxşar yazılar