Şirvan şəhərində oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, müxtəlif vaxtlarda rayon ərazisindəki 4 evdən ümumilikdə 13190 manat, 10450 dollar və qızıl-zinət əşyaları oğurlanıb.
Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş P.Hüseynov və M.Allahverdiyev saxlanılıblar.