Bakıda yeniyetmələr arasında KÜTLƏVİ DAVA  – 15 yaşlı oğlan öldü -YENİLƏNİB
27 iyul 2022 09:47 (UTC +04:00)

Bakıda yeniyetmələr arasında KÜTLƏVİ DAVA – 15 yaşlı oğlan öldü -YENİLƏNİB

İyulun 26-ı saat 18 radələrində Xətai rayonu, Nizami parkının ərazisində 2007-ci il təvəllüdlü M.Məmmədovun (şərti) xəsarət alması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalarla, zərərçəkmişin tanışı 2006-cı il təvəllüdlü C.Əliyevin (şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla M.Məmmədovun üz və baş nahiyəsinə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

 

***

09:20

 

Bakıda kütləvi dava olub.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu "8 Noyabr" prospektində yerləşən "Nizami" parkında qeydə alınıb. Burada bir neçə yeniyetmə arasında əlbəyaxa dava düşüb. Nəticədə dava iştirakçılarında biri aldığı xəsarətlərdən yerindəcə keçinib. Belə ki, 15 yaşlı oğlan aldığı zərbədən huşunu itirib, sonra ayılmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 7992
avatar

Mehman Nəbiyev

Oxşar yazılar