Bərdədə 45 yaşlı kişinin qaçırdığı 23 yaşlı qız tapıldı
24 aprel 2024 10:44 (UTC +04:00)

Bərdədə 45 yaşlı kişinin qaçırdığı 23 yaşlı qız tapıldı

Bərdədə qaçırılan qız ailəsinə təhvil verilib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd olunub ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, APA-nın məlumatına görə, rayonun Uğurbəyli kənd sakini 23 yaşlı S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolun kənarından həmkəndlisi 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılıb.

# 2520
avatar

Oxşar yazılar