Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları daxil olmuş məlumat əsasında birgə əməliyyat keçiriblər.
Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakini Q.Həmidli Yasamal rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 kiloqram 500 qram heroin, 460 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.