Bakıda ŞOK HADİSƏ : damdan 25 yaşlı qızın meyiti tapıldı
21 aprel 2021 09:08 (UTC +04:00)

Bakıda ŞOK HADİSƏ: damdan 25 yaşlı qızın meyiti tapıldı

Bakıda binanın damında 25 yaşlı qızın meyiti tapılıb.

Lent.az-ın Fövqaladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

# 5148
avatar

Oxşar yazılar