Bakıda sinif yoldaşını bıçaqlayan  məhkəməyə çıxarılır
23 aprel 2022 09:46 (UTC +04:00)

Bakıda sinif yoldaşını bıçaqlayan məhkəməyə çıxarılır

Bakıda sinif yoldaşını bıçaqlayan Nihad Fərhadovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rasim Sadıxovun icraatına verilib.

Qeyd edək ki, bu ilin yanvar ayında paytaxtın Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi olub. Nəticədə mübahisədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb. Kəskin qan itirmədən ağırlaşan C.Həsənova xəstəxanada polis əməkdaşları qan verərək həyatını xilas ediblər. C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 18 yaşlı Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Xatırladaq ki, hər iki şəxs Bakı şəhəri 162 nömrəli tam orta məktəbinin 11a sinif şagirdləridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2805
avatar

Mehman Nəbiyev

Oxşar yazılar