Şəhanə Nəbizadə
12 yanvar 2022 13:11 (UTC +04:00)

Şəhanə Nəbizadə

Bakıda quldurluq edən qadın saxlanıldı - VİDEO

Bakının Suraxanı rayonunda qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Məlumata əsasən, zərərçəkən evə gedərkən naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 200 manat pul və şəxsi sənədləri olan çantasını ələ keçirib.

Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Hövsan qəsəbəsində yaşayan Şəhanə Nəbizadə saxlanılıb. O, ifadəsində qadını bankomatdan pul çıxaran zaman gördüyünü və onu izləyərək quldurluq etdiyini etiraf edib. Araşdırma zamanı Şəhanə Nəbizadənin Hövsan qəsəbəsində bir məzildən də məişət əşyaları oğurladığı məlum olub.

Faktlarla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət İşi başlanılıb. Şəhanə Nəbizadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.

Bakıda quldurluq edən qadın tutuldu

# 2490
avatar

Mehman Nəbiyev

Oxşar yazılar