Bakıda qadın kişi ilə birləşib SOYĞUNÇULUQ ETDİ
01 aprel 2022 12:58 (UTC +04:00)

Bakıda qadın kişi ilə birləşib SOYĞUNÇULUQ ETDİ

Bakıda soyğunçuluq hadisəsi olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, martın 19-da Mərdəkan qəsəbəsi ərazisində 2 nəfər Bakı şəhər sakini R.Zərbalıyevə zor tətbiq edərək 770 manat pulunu və mobil telefonunu alıb.

Bu barədə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Ş.Zeynalova və Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

# 2244
avatar

Mehman Nəbiyev

Oxşar yazılar