Naxçıvanda istirahət mərkəzində FACİƏ:  3 nəfər öldü, 2 nəfər yaralandı
05 sentyabr 2025 04:31 (UTC +04:00)

Naxçıvanda istirahət mərkəzində FACİƏ: 3 nəfər öldü, 2 nəfər yaralandı

1

Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində faciə baş verib.

Lent.az xəbər verir ki, istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində 3 nəfər ölüb.

İstirahət mərkəzində olanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Həyatını itirənlərin qohum olduğu bildirilir.

Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb.

Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1475

Oxşar yazılar