Bakıda narkotik alverçiləri saxlanıldı
08 fevral 2021 11:31 (UTC +04:00)

Bakıda narkotik alverçiləri saxlanıldı

Bakıda narkotik alverçiləri saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri O.İsabəyliyev və əvvəllər məhkum olunmuş V.Əliyev Sabunçu rayonu ərazisində saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan ümumilikdə 5 kiloqram 510 qram heroin aşkar edilərək götürülüb.

# 1602
avatar

Mehman Nəbiyev

Oxşar yazılar