Bakıda kişini döyüb öldürdülər
30 noyabr 2021 13:03 (UTC +04:00)

Bakıda kişini döyüb öldürdülər

Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsinə noyabrın 27-də saat 23 radələrində Zabrat qəsəbə sakini Məhəmməd Əliyevin döyülməsi nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. 

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla onu həmin gün Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini R.Əzimovun xuliqanlıq zəminində döydüyü müəyyən edilib.

Həkimlərin səyinə baxmayaraq M.Əliyev noyabrın 29-da xəstaxanada ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Əzimov tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

# 2409
avatar

Mehman Nəbiyev

Oxşar yazılar