Bakıda keçmiş məhkum öldürüldü  - YENİLƏNİB
24 oktyabr 2023 21:39 (UTC +04:00)

Bakıda keçmiş məhkum öldürüldü - YENİLƏNİB

Oktyabrın 24-ü 1972-ci il təvəllüdlü Araz Həsənovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 1963-cü il təvəllüdlü Səyavuş Abbasovun Nəsimi rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Araz Həsənova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səyavuş Abbasov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Saat 20:35

Oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Saxlanılan şəxs 1963-cü il təvəllüdlü Abbasov Səyavuş Nəriman oğludur.

***

Saat 17:41

Bakıda keçmiş məhkum öldürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 51 yaşlı əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6161

Oxşar yazılar