Bakıda evdən 10 min manatlıq  qızıl apardılar
09 aprel 2021 11:45 (UTC +04:00)

Bakıda evdən 10 min manatlıq qızıl apardılar

Bakıda evdən külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 3-də Xətai rayonu ərazisindəki bir evdən 10 000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə mobil telefon oğurlanıb.

Xətai rayon Polis İdarəsinin 35-ci və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ü.Hacıyev və R.Cavadov saxlanılıblar.

# 1782
avatar

Mehman Nəbiyev

Oxşar yazılar