Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, NəsimirRayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 28 yaşlı Abşeron rayon sakini İlqar Kərimli saxlanılıb. Həmin şəxsdən külli miqdarda 2 kiloqram 355 qram narkotik vasitə olan heroin aşkar edilib.
Saxlanılan şəxs heroini sosial şəbəkələrdə tanış olduğu “Həsən” adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib. İ.Kərimli barəsində araşdırmalar davam etdirilir.