Bakıda basqına məruz qalan ailənin daha bir üzvü öldü
01 dekabr 2022 15:37 (UTC +04:00)

Bakıda basqına məruz qalan ailənin daha bir üzvü öldü

Bakıda evə basqın zamanı yaralanan qadın ölüb.

Lent.az-ın məluamtına görə, Buzovna qəsəbəsində evə basqın edən şəxslərin yaraladığı 77 yaşlı Şahirə Muradova da dünyasını dəyişib.

Araşdırmalar davam edir.

Məlumat Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a təsdiqlənib.

Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində evə basqın edən şəxs və ya şəxslər - 83 yaşlı Elbrus Muradovu, oğlu Rahil Muradovu öldürüb, həyat yoldaşı, 77 yaşlı Şahirə Muradovanı və nəvəsi 25 yaşlı Elbrus Ağalarovu yaralayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5650

Oxşar yazılar