Bakıda atasını döyüb öldürən oğuldan YENİ XƏBƏR
23 noyabr 2021 17:30 (UTC +04:00)

Bakıda atasını döyüb öldürən oğuldan YENİ XƏBƏR

Bakıda atasını öldürən İlqar Kərimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Telman Hüseynovun icraatına verilib. 

Qeyd edək ki, martın 22-də paytaxtın Xəzər rayonunda Kərimov Ramiz Nurulla oğlu təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölüb.
 
Meyitin daxili müayinəsi zamanı baş beyin yarımkürələrinin geniş qansızması aşkar olunub.
 
Qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən təkrar zərbələrlə yetirilməsi zamanı törədilməsi müəyyən edilib.
 
Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin oğlu İlqar Kərimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramiz Kərimovun baş nahiyəsinə zərbələr vuraraq törədilməsinə əsaslı şübhələr müəyyənləşib.
 
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
İlqar Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2928
avatar

Mehman Nəbiyev

Oxşar yazılar