Sabunçuda hakimin qətl törətməsi ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanıb. Cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.
Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
Saat: 09:26
Bakıda qətl törədilib.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə qeydə alınıb.
Bakı şəhər sakini Fəqan Əhmədov odlu silahla həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, qətli törədən 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.
Qətl törətməkdə şübhəli bilinən hakim Fəqan Əhmədov