Bakıda 4 nəfəri bıçaqla qorxudub pullarını aldı
26 oktyabr 2023 12:55 (UTC +04:00)

Bakıda 4 nəfəri bıçaqla qorxudub pullarını aldı

Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, oktyabrın 23-də Bakı şəhər sakinləri P.Quliyev, M.Namazov, A.Hətəmov, Sumqayıt şəhər sakini Ə.Nurzadə kəsici alətlə hədələnib, həmçinin Ə.Nurzadənin, A.Hətəmovun pulları quldurluq yolu ilə əllərindən alınıb.

Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq, soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Əsgərov müəyyən olunaraq saxlanılıb.

Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3408

Oxşar yazılar