Bakıda 13 evdən oğurluq edən saxlanıldı
26 aprel 2021 12:44 (UTC +04:00)

Bakıda 13 evdən oğurluq edən saxlanıldı

0

Bakıda silsilə oğurluqlar edən saxlanılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, müxtəlif vaxtlarda Xəzər rayonu ərazisindəki 13 evdən pul, televizor, qaynaq aparatı, kombi, lambrin, elektrik lampası, təmir-tikinti alətləri, su mühərriki, inşaat materialları, xalça, naqil, velosiped, məişət əşyaları, hava kompressoru və generator oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş İ.Ağamirzəyev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1871

Oxşar yazılar