Bacısını öldürən qardaş yenidən  MƏHKƏMƏDƏ
29 mart 2021 17:20 (UTC +04:00)

Bacısını öldürən qardaş yenidən MƏHKƏMƏDƏ

Mingəçevirdə bacısını qətlə yetirən Malik Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Lent.az xəbər verir ki, şikayətə Şəki Apelyasiya Məhkəməsində hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2020-ci il sentyabrın 11-də Mingəçevirdə Yevlax rayonunun Xanabad kənd sakini, 36 yaşlı M.Məmmədov bacısı, 34 yaşlı M.Məmmədovanı qısqanclıq zəminində qətlə yetirib. Qadın aldığı 12 bıçaq zərbəsindən dünyasını dəyişib.

Malik Məmmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

2021-ci ilin fevral ayında isə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən iclasda M.Məmmədovun 9 il azadlıqdan məhrum edilməsi barədə hökm oxunub.

# 1602
avatar

Mehman Nəbiyev

Oxşar yazılar