Türkiyədə dəhşətli qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sivas şəhərinin Kılavuz məhəlləsindəki binalardan birinin 12-ci mərtəbəsində qeydə alınıb.
Ərindən boşanan ana A.Ş. gecə saatlarında evə qayıdıb və dəhşətli mənzərə ilə rastlaşıb. Ana oğlu və qızını qanlar içində ölü halda tapıb. Hadisə yerinə gələn polislərin araşdırması zamanı məlum olub ki, 22 yaşlı Umutcan və bacısı 16 yaşlı Melisa Şimşek vəhşicəsinə qətlə yetiriliblər.
Belə ki, naməlum şəxs onların əllərini arxadan bağlayıb və hər ikisinin başını kəsib.
Polis kameralara baxaraq, maskalı şəxsin binaya girib çıxmasını müşahidə edib. Hazırda onun tapılaraq, istintaqa cəlb olunması üçün axtarışlar aparılır.