Azərbaycanlı iş adamına kələk gələn "qanuni oğru"  saxlanıldı - FOTO
01 fevral 2022 11:29 (UTC +04:00)

Azərbaycanlı iş adamına kələk gələn "qanuni oğru" saxlanıldı - FOTO

Moskvada “Giya Sverdlovski” ləqəbli “qanuni oğru” Georgi Akoyev saxlanılıb. 

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumata görə, o, “Mosvda Dvoryanskoe qnezdo” restoranında keçirilən əməliyyat nəticəsində ələ keçib.

Xatırladaq ki, 47 yaşlı “Giya Sverdlovski” bir qədər əvvəl Yekaterinburqda  azərbaycanlı iş adamının 6 kiloqram qızılını alaraq onu böyük məbləğə, yəni 50 milyon rubla (təxminən 1 milyon 100 min manat)  satacağını və əldə etdiyi pulu onunla bölüşəcəyini vəd etmişdi. 

Bundan sonra iş adamı 6 kiloqram qızılı “qanuni oğruya” verib. Amma “Gia Sverdlovski” qızılı qaytarmayıb.


 

# 4593
avatar

Sevinc Fərid

Oxşar yazılar