Azərbaycanlı dostunu öldürdü, qaçmaq istəyəndə hava limanında tutuldu - VİDEO
19 aprel 2021 18:39 (UTC +04:00)

Azərbaycanlı dostunu öldürdü, qaçmaq istəyəndə hava limanında tutuldu - VİDEO

“Borispol” beynəlxalq hava limanının terminalında dostunu öldürərək Ukraynadan qaçmağa çalışan bir azərbaycanlı tutulub.

Lent.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, Kiyevin Desnyansk rayonundakı prospektlərdən birində  patrul xidməti dava olduğunu görüb. Münaqişəyə müdaxilə ediblər və həyati əlamətləri olmayan yerdə uzanan bir nəfər də diqqətlərini çəkib.

Patrul xidmətinin əməkdaşları şahidlərlə söhbət apararaq tanışlar arasında dava düşdüyünü, iştirakçılardan birinin bıçaqla digərinin sinəsinə vurduğu aşkarlanıb.

“Cinayətkarın “Borispol hava limanına getməsi barədə əməliyyat məlumatı aldıq və dərhal polis dəstələrini oraya göndərdik. İki saat ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları və patrul polisinin taktiki-əməliyyat cavab taburu ilə birlikdə qaçağı hava limanının terminallarından birində saxladıq. O, 29 yaşlı digər ölkə vətəndaşıdır”, - Kiyevin polis rəisi Andrey Krişenko söyləyib. 

Paytaxt prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan həmyerlisini öldürən Azərbaycan vətəndaşıdır. 

Onun iştirak etdiyi dava aprelin 18-də axşam saatlarında qeydə alınıb. 
 

Dostunu öldürüb qaçmaq istəyən azərbaycanlı tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4191
avatar

Oxşar yazılar