Azərbaycanda yanacaqdoldurma məntəqəsi qarət olundu
16 iyun 2021 12:46 (UTC +04:00)

Azərbaycanda yanacaqdoldurma məntəqəsi qarət olundu

Sumqayıtda yanacaqdoldurma məntəqəsi qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyunun 1-də şəhər ərazisindəki yanacaqdoldurma məntəqələrindən birinin ofisindən 3818 manat oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əliyev saxlanılıb.

# 1752
avatar

Mehman Nəbiyev

Oxşar yazılar