Azərbaycanda silah alverçisi saxlanıldı
16 iyul 2021 12:59 (UTC +04:00)

Azərbaycanda silah alverçisi saxlanıldı

İyunun 13-də Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hacıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı “Makarov” markalı tapança və 100 qram heroin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının  davam etdirdiyi tədbirlərlə Z.Hacıyevə tapançanı satmaqda şübhəli bilinən Ağcabədi sakini H.Qasımov da müəyyən edilərək saxlanılıb və ondan daha bir “Makarov” markalı tapança və 16 ədəd patron götürülüb. 

H.Qasımovun ətrafında aparılmış tədbirlərlə onun “Makarov” markalı tapançanı və 2 ədəd patronu satmaq üçün başqa bir şəxsə verməsi də müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 1626
avatar

Mehman Nəbiyev

Oxşar yazılar