Azərbaycanda qətl törədən dəstə üzvü 5 il sonra  TUTULDU
23 may 2022 15:17 (UTC +04:00)

Azərbaycanda qətl törədən dəstə üzvü 5 il sonra TUTULDU

2017-ci il martın 30-da Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Valeh Nəcəfovu qabaqcadan əlbir olan bir qrup şəxs baş nahiyəsinə odlu silahdan açılan atəşlə qəsdən öldürüb.

Baş Porkurorluqdan Lent.az-a verilən xəbərə görə, bu faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri başlanaraq istintaqı aparılan cinayət işi üzrə axtarışda olan şəxslərdən biri tutularaq istintaqa cəlb edilib.

Bu cinayət əməlinin törədilməsində iştirak etmiş qrup üzvləri – İran vətəndaşı Bəşir Qahramani, İlham Həsənov, Rəşad Qurbanov, Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, onların barəsində cinayət işi 2019-cu l mayın 24-ü məhkəməyə göndərilməklə barələrində ittiham hökmü çıxarılıb.

Cinayət əməlinin törədilməsində təqsirli bilinən Azərbaycan vətəndaşı Samir Kazımov və İran vətəndaşı Həsən Rəhbəriqaradağlı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) və digər müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, istintaqdan qaçıb gizləndiklərindən 2017-ci il mayın 1-də barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Prokurorluq və polis əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində axtarışda olan təqsirləndirilən şəxs Samir Kazımov bu il mayın 12-də tutulub, mayın 18-i ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.2.1 və digər maddələri ilə ittiham elan edilib.

Hazırda istintaq davam edir.

# 2604
avatar

Mehman Nəbiyev

Oxşar yazılar