Azərbaycanda kişini valideynlərinin gözü önündə ÖLDÜRDÜLƏR
04 noyabr 2021 14:06 (UTC +04:00)

Azərbaycanda kişini valideynlərinin gözü önündə ÖLDÜRDÜLƏR

Neftçalada qətl törədən Famil Baloğlanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Neftçala rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, bu il iyulun 22-də Neftçala rayonu, Bankə qəsəbə sakini 32 yaşlı Mirağa Musayevin qəsdən öldürülməsi faktı ilə Neftçala rayon Prokurorluğuna məlumat daxil olub.

İstintaqla müəyyən edilib ki, qonşusu Famil Baloğlanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirağa Musayevə bıçaqla xəsarətlər yetirərək sonuncunu valideynlərinin gözləri qarşısında qəsdən öldürüb.

Famil Baloğlanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3309
avatar

Mehman Nəbiyev

Oxşar yazılar