Azərbaycanda həbsxanaya "qrev"  göndərənlər tutuldu - VİDEO
29 fevral 2024 12:21 (UTC +04:00)

Azərbaycanda həbsxanaya "qrev" göndərənlər tutuldu - VİDEO

Naxçıvan polisi tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən və əldə olunmuş vəsaiti cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib.

Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, keçirilən tədbir nəticəsində əvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Naxçıvan şəhər sakinləri,Quliyev Qadir və Zöhrabov Toğrul saxlanılıb. Onlar şantaj etdiyi şəxsdən pul vəsaiti alarkən Naxçıvan MR DİN-in CAİ-nin əməkdaşları tərəfindən tutulub.

Həmin şəxslər istinataqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.

Saxlanılan şəxslərin hər biri barəsində Naxçıvan MR-nın Daxili İşlər Nazrliyinin Təhqiqat və İstintaq idarəsində araşdırmalar aparılır. 

Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 4314
avatar

Oxşar yazılar