Azərbaycanda cibgir tutuldu
18 fevral 2021 10:23 (UTC +04:00)

Azərbaycanda cibgir tutuldu

Bərdə sakininə qarşı cibgirlik edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumatda bildirilir ki, şəhər sakini M. Məmmədov fevral ayının 16-də Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciətində naməlum şəxs tərəfindən cibindən 680 manat pulunun oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları müvafiq tədbirlər yerinə yetirib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cibgirlik əməlini törətməkdə şübhəli bilinən şəhər sakini Elxan Hacıyev saxlanılıb. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. 

Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

# 1212
avatar

Mehman Nəbiyev

Oxşar yazılar