Azərbaycanda 10 il əvvəl qətl törədən şəxsə AĞIR CƏZA - HÖKM
12 aprel 2021 17:46 (UTC +04:00)

Azərbaycanda 10 il əvvəl qətl törədən şəxsə AĞIR CƏZA - HÖKM

Zaqatalada 10 il əvvəl qətl törədən şəxsə hökm oxunub.

Lent.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayılov Polad Şəmşəddin oğlu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, məlum qətl hadisəsi 2011-ci ildə törədilib. Qətli törədən şəxs 9 il sonra həbs edilib. 

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 2011-ci ildə Zaqatala şəhər sakini S. Eyyubovanı yaşadığı evdə bıçaqla qətlə yetirərək hadisə yerindən yayınan şəxsin Gəncə şəhər sakini Polad İsmayılov olduğu müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2085
avatar

Oxşar yazılar