Arvadını və 3 uşağını  öldürüb özünü GÜLLƏLƏDİ
27 mart 2025 11:49 (UTC +04:00)

Arvadını və 3 uşağını öldürüb özünü GÜLLƏLƏDİ

ABŞ-ın Florida ştatında baş verən atışma nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə CBS telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, hadisə Pembrok Parkı şəhərində baş verib.

"Dördüncü mərtəbədən səkkiz atəş səsi eşitdim, ona görə də çölə qaçdım. Qonşularımdan biri mənə dedi ki, bir kişi bütün ailəsini öldürmək istəyib, sonra isə özünü öldürməyə cəhd edib", - Angel Aquino adlı şahid müstəntiqlərə deyib.

Qeyd olunur ki, polisə zəng yerli vaxtla saat 19:30-da gəlib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində həyat əlaməti olmayan qadın, körpə və iki azyaşlı uşağı aşkar ediblər.

Təcili yardım maşını bir kişi və 10 yaşlı qızı müalicə üçün xəstəxanaya aparsa da, onların vəziyyəti barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1658

Oxşar yazılar