Arvadını öldürüb cəsədini çamadanda gizlətdi
01 iyul 2021 18:16 (UTC +04:00)

Arvadını öldürüb cəsədini çamadanda gizlətdi

Hindistanın Andhra-Pradeş ştatının təhlükəsizlik işçiləri 27 yaşlı qadının yanmış cəsədi olan çamadan tapıblar.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, polis qadının ərini bu işdə əsas şübhəli elan edib.

Ərlə arvadın tez-tez mübahisə etdikləri və qadının ərinin COVID-19 pandemiyası səbəbindən işini itirdikdən sonra uzun müddət depressiya ilə mübarizə apardığı qeyd edilib.

Qadın yoxa çıxandan sonra əri onun koronavirusdan öldüyünü açıqlayıb. Hazırda kişi axtarılır. Belə ehtimal edilir ki, kişi qadını öldürüb, cəsədini yandırıb və qalıqlarını bir çamadanın içərisində gizlədib.

Polis, şübhəlinin qətldə iştirakını təsdiqləyən görüntülərin müşahidə kamerasına düşdüyünü söyləyib. Kadrlarda bir nəfərin böyük qırmızı çamadanla mənzil kompleksinə daxil olması əksini tapıb. Bir müddətdən sonra qucağında bir uşaq və çamadanla çıxıb. 

Müstəntiqlərin dediyinə görə, çamadanın ağır olduğu da hiss edilir. Müstəntiqlər yerli taksi sürücülərindən birinin meyiti basdırmaqda cinayətkara kömək etdiyini də vurğulayıblar..
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1659
avatar

Oxşar yazılar