Arvadını körpəsinə süd verərkən bıçaqlayan MƏHKƏMƏDƏ
01 dekabr 2021 09:48 (UTC +04:00)

Arvadını körpəsinə süd verərkən bıçaqlayan MƏHKƏMƏDƏ

Masallıda arvadını bıçaqlayan Eşqin Əbilzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nizami Quliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il may ayında Masallı rayonu Ərkivan qəsəbəsində qeydə alınıb. 36 yaşlı Eşqin Əbilzadə arvadı 26 yaşlı Nərmin Əbilzadəyə 16 bıçaq zərbəsi vurub. Daha sonra o, özünə də 2 bıçaq vuraraq intihar etmək istəyib.

Araşdırma zamanı müəyyən edilib ki, E. Əbilzadə arvadı 3 uşaq anası olan N. Əbilzadəni 3 aylıq körpəsinə süd verərkən bıçaqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2439
avatar

Mehman Nəbiyev

Oxşar yazılar