Ələ keçirilən narkotiklər
13 yanvar 2022 17:38 (UTC +04:00)

Ələ keçirilən narkotiklər

Abşeronda narkotik satan 8 nəfər ələ keçirildi - VİDEO

Abşeronda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Xırdalan şəhəri, Saray və Masazır qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb. Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Abşeronda narkotik satan 8 nəfər ələ keçirildi

# 1710
avatar

Mehman Nəbiyev

Oxşar yazılar