47 borclu saxlanıldı, 2 nəfər öldü - KRİMİNAL XRONİKA
23 sentyabr 2022 10:28 (UTC +04:00)

47 borclu saxlanıldı, 2 nəfər öldü - KRİMİNAL XRONİKA

Sentyabrın  22-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

# 2004
avatar

Oxşar yazılar