Oğuzda avtomobil ağaca çırpıldı,  xəsarət alan
01 aprel 2024 08:29 (UTC +04:00)

Oğuzda avtomobil ağaca çırpıldı, xəsarət alan

Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alan var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində Oğuz rayonu ərazisində baş verib.

2003-cü il təvəllüdlü Oğuz şəhər sakini Rəvan Rövşən oğlu Camalovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü R. Camalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

R. Camalovun müalicəsi Şəki RMX-nın Cərrahiyyə şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

# 1719
avatar

Oxşar yazılar