Arvadını öldürüb əvəzinə seks kuklası aldı  - Ağlagəlməz OLAY
27 aprel 2024 19:31 (UTC +04:00)

Arvadını öldürüb əvəzinə seks kuklası aldı - Ağlagəlməz OLAY

ABŞ-da kişi arvadını öldürüb, onun sığorta pulunu nağdlaşdırıb və onunla seks kuklası alıb.

Lent.az “DailyStar”a istinadla xəbər verir ki, o, həyat yoldaşının ölümünü intihar kimi göstərməyə çalışıb.

Məlumata görə, 31 oktyabr 2019-cu il səhər saatlarında Kolbi Trikl polisə zəng edərək həyat yoldaşı Kristen Triklinin Kanzas ştatının Hays şəhərindəki evlərində intihar etdiyini bildirib. Hüquq-mühafizə orqanları qadının ölümünü intihar kimi qeydə almasına baxmayaraq, polis araşdırmalarını davam etdirib.

Həyat yoldaşı vəfat etdikdən sonra Kolbi Trikli, arvadının ümumi məbləği 120.000 dollardan çox olan iki sığorta polisini nağdlaşdırıb. Müstəntiqlər müəyyən ediblər ki, bu pulun iki mini real ölçülü seks kuklasının alınmasına xərclənib. Kişi oyuncağı hesabına pul gələndən iki gün sonra alıb.

Kristen Triklinin xalası Kolbinin bacısı qızının həyat sığortası pulu ilə seks oyuncağı aldığını öyrəndikdə dəhşətə gəlib: “Sanki o, onun pulu ilə əvəzini aldı”.

Səkkiz ay sonra Kolbi bütün sığorta pulunu xərcləyib. Pullarının böyük hissəsi video oyunlara, kreditlərin ödənilməsinə və musiqi avadanlıqlarının alınmasına xərclənib.

Dedektivlər işi araşdırarkən Kolbi azadlıqda qalıb. Nəticədə o, Kristenin qətlində təqsirli bilinib və 2023-cü ilin noyabrında ömürlük həbs cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4860
avatar

Oxşar yazılar