29 bıçaq zərbəsi ilə öldürülən qadınla bağlı  RƏSMİ MƏLUMAT
24 iyun 2021 09:02 (UTC +04:00)

29 bıçaq zərbəsi ilə öldürülən qadınla bağlı RƏSMİ MƏLUMAT

Sumqayıtda qonşu qadını amansızcasına öldürən kişinin kimliyi bilinib.

Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 23-ü saat 23 radələrində 49 yaşlı Sevil Abdullayevanın H.Z.Tağıyev qəsəbəsi ərazisində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qonşusu 28 yaşlı Ağabəy Atabalayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Sevil Abdullayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabəy Atabalayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

Qeyd edək ki, A.Atabalayev S.Abdullayevanı 29 bıçaq zərbəsi ilə öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2025
avatar

Mehman Nəbiyev

Oxşar yazılar