21 yaşlı oğlan dostunu dəfələrlə bıçaqladı: Şabranda dəhşətli QƏTL
16 iyun 2022 09:33 (UTC +04:00)

21 yaşlı oğlan dostunu dəfələrlə bıçaqladı: Şabranda dəhşətli QƏTL

Şabranda qətl hadisəsi olub.

Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 15-i saat 23 radələrində 25 yaşlı Orxan Əliyevin Şabran rayonu ərazisində öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 21 yaşlı Teymur Cəfərzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Əliyevə çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5775
avatar

Mehman Nəbiyev

Oxşar yazılar