20 yaşlı keçmiş məhkum yenə tutuldu -  FOTO
22 noyabr 2021 12:48 (UTC +04:00)

20 yaşlı keçmiş məhkum yenə tutuldu - FOTO

Ağdaş rayon Polis Şöbəsinə Ləki qəsəbəsində yerləşən avtomobil yuma məntəqəsinin saxlanc yerindən plastik boruların və müxtəlif işıqlandırma avadanlıqlarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin əvvəllər də məhkum olunmuş, 20 yaşlı Ləki qəsəbə sakini Əşrəf Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin Abad kəndindəki mağazadan da siqaret, telefon danışıq kartları, pul, eləcə də müxtəlif ərzaq məhsulları oğurladığı və zərərçəkmişə 1063 manat dəyərində maddi ziyan vurduğu məlum olub.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işi başlanılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

Mehman Nəbiyev

Oxşar yazılar