Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı!
08 fevral 2023 19:00 (UTC +04:00)

Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı!

ABB Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım göstərmək istəyənlər üçün imkan yaradıb. Yardımları artıq ABB mobile vasitəsilə də etmək olar. Vəsaitlər Azərbaycanda elan edilmiş “Səninləyəm, Türkiyə” aksiyası çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülür.

Bu məqsədlə ABB mobile tətbiqinə xüsusi bölmə əlavə edilib. Tətbiq istifadəçiləri həmin bölməyə daxil olub Türkiyədə zərərçəkənlərə istədikləri məbləğdə yardım göstərə bilərlər. ABB mobile istifadəçisi olmayanlar isə bu imkandan yararlanmaq üçün tətbiqi yükləyib qeydiyyatdan keçməlidirlər.

Zəlzələdən zərər çəkənlərə yardımları bu Türkiyə bankları vasitəsilə də köçürmək mümkündür. ABB mobile, eləcə də banklar vasitəsilə köçürmə zamanı komissiya haqqı və ƏDV tutulmur.

Xatırladaq ki, fevralın 6-da qardaş Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Hatay əyalətlərində böyük dağıntılara və insan tələfatına səbəb olub. Zəlzələdən zərər çəkənlərin müxtəlif ehtiyaclarının qarşılanması üçün ən kiçik yardımın da indiki çətin günlərdə qardaş Türkiyə üçün böyük dəyəri var.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.

# 1131
avatar

Oxşar yazılar