

Velosipedin yolundakı ƏN BÖYÜK MANEƏ
Bakıda daha bir böyük yol layihəsinə başlanılacaq. Belə ki, 18 km uzunluğunda yeni velosiped yolu çəkiləcək ki, bunun da artıq 7 km-i layihələndirilib. Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, layihə paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək. Dünyanın bir çox inkişaf etmiş şəhərlərində velosiped yolu əsas yollardan hesab edilir. Bu da əhalinin kütləvi şəkildə velosiped sürməsindən asılıdır.
Bəs görək velosiped yolu qurularkən nələrə diqqət yetirmək lazımdır? Hansı halda velosiped yolu layihəsi uğurlu alına bilər? Şəhər nəqliyyat eksperti Hüseyn Abdullayev məsələ ilə bağlı Lent.az-a danışarkən velosiped yolunun piyada infrastrukturundan birbaşa asılı olduğunu deyib. Ekspert həmçinin yeni layihəni yüksək qiymətləndirib:

“Bildiyimə görə, 18 km-lik velosiped yolu Olimpiya stadionundan bulvara qədər çəkiləcək. Belə bütov bir yolun olması çox gözəl haldır. Məsələnin əsas tərəfi isə həmin yolun tam düzgün layihələndirilməsidir. Bu asan məsələ deyil. Söhbət 5 vedrə rəngdən getmir. əgər elə-belə yolun kənarında çəkilsə əhəmiyyətsiz olacaq. Ümumiyyətlə, velosiped yollarının çəkilməsində ən çətin məsələ yol kəsişmələridir. Yəni, velosiped sürənin yolun bir tərəfindən digər tərəfinə keçməsi nəzərdə tutulur. Bizdə isə bu heç piyadalar üçün düzgün təyin olunmayıb, o ki qalsın velosipedlərə. Ümid edirəm ki, velosiped infrastrukturu layihələndirilərkən piyada, keçid infrastrukturuna da fikir verilər. Çünki bu bir-biri ilə çox bağlıdır. Velosiped piyadanın daha sürətli bir növüdür. Ona görə də bu iki infrastruktur bir yerdə inkişaf edir. Yaxşı piyada infrastrukturu olmadan yaxşı velosiped infrastrukturu qurmaq mümkün deyil. İnanıram ki, bu layihə yeni nümunələrlə piyadalar üçün rahatçılığa gətirib çıxaracaq”.
Biz də ümid edirik ki, velosiped infrastrukturunun uğurlu şəkildə qurulması ilə həm yaxşı piyada infrastrukturu qurulacaq, həm də əhalidə nəqliyyatın bu növünə maraq artacaq. Bəlkə bu vasitə ilə ekologiya təmizlənər və tıxac problemi yavaş-yavaş aradan çıxar.
Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34