Azərbaycan neft hasilatı həcminin eniş dövrünü geridə qoyub. “APA-Economics”in məlumatına görə, bunu bu gün Neftçilər Günü münasibəti ilə keçirilən mərasimdə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. O qeyd edib ki, ARDNŞ-in öz yataqlarında və xarici şirkətlərlə birgə işlənən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda azalma tempi tam aradan qaldırılıb.
	
	R.Abdullayevin sözlərinə görə, hazırda neftin hasilat göstəriciləri hasilatın azalmasının dayandırıldığını təsdiq edir. “İlin sonuna cüzi artım ola bilər”, - deyə o vurğulayıb.
                            
                        "İlin sonunda neft hasilatında cüzi artım ola bilər"
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0