“Laçın-1” firması cərimələndi
25 yanvar 2013 16:18 (UTC +04:00)

“Laçın-1” firması cərimələndi

“Laçın-1” firması barədə iş açılıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Laçın-1” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Qaradağ-L1” adlı sementlərin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verilməsi, həmin sementlərin qablaşdırıldığı kisələrin üzərində istehsalçının adının qeyd edilmədiyi, kisələrdə göstərilən çəkinin netto çəki olması barədə məlumatın verilmədiyi səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən müəssisə barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. 

 

Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə “Laçın-1” firmasına 4,5 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1075

Oxşar yazılar