Supermarketlərdə QİYMƏT QALMAQALI:  "Araz", "OBA", "Al", "Bazarstore"...
25 may 2022 15:11 (UTC +04:00)

Supermarketlərdə QİYMƏT QALMAQALI: "Araz", "OBA", "Al", "Bazarstore"...

Azərbaycanda bir neçə böyük supermarket və marketlərdə, həmçinin iri şirkətlərdə qanunsuzluqlar aşkarlanıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı istehlak səbətinə daxil olan uzun düyü və qarabaşaq bazarında bir çox təsərrüfat subyektləri tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunub.

Bununla əlaqədar Dövlət Xidməti tərəfindən “Babək” firması, “Vuqma-qida” MMC, “Abşeron Treyd” MMC, “Xudafərin-1“ MMC, “Elsaan Group” MMC, “Veysəloğlu” MMC, “Qida XXI” MMC, “Best-Tarım” MMC, “Tamashee Foods” MMC, “Araz Supermarket” MMC, “Al market” MMC, “Sun Food” MMC,  “OBA Market” MMC, “Bazarstore” MMC və fiziki şəxs Kərimov İlqar Məmmədhəsən oğluna qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Qeyd edək ki, qaldırılan işlər Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinin 4-cü ( bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması) və 7-ci (digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi) bəndlərinin pozulması ilə bağlıdır.

Həmçinin xidmətin qaldırılan işlərdə sözügedən məcəllənin 10-cu maddəsinin 1-ci (kartel sövdələşməsi, yəni eyni əmtəə (xidmət) bazarında rəqabət aparan, maliyyə və hüquqi baxımdan müstəqil olan iki və ya daha çox təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və (və ya) yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə bazarın ərazi prinsipinə, alğı satqının həcminə, malların çeşidinə və ya müştərilərə (sifarişçilərə) görə bölüşdürülməsi, malların (xidmətlərin) alınmasından və ya satılmasından imtina edilməsi, qiymətlərin (tariflərin) yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması, malların satışına və ya xidmətlərin göstərilməsinə güzəştlərin, endirimlərin və əlavələrin müəyyən edilməsi, yaxud rəqabəti məhdudlaşdıran digər vasitələrin tətbiqi barədə hər hansı bir formada könüllü sövdələşməsi) və 2-ci (  bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişlər) bəndlərinin pozulması da daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11229
avatar

Mehman Nəbiyev

Oxşar yazılar