Şəki sakinlərindən "Azəriqaz"a MÜRACİƏT
28 mart 2023 16:43 (UTC +04:00)

Şəki sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

"Açıq mikrofon" aksiyası Oğuz rayonundan sonra Şəki şəhərində təşkil olunub. Aksiyaya qatılan 10-dan çox sakin müxtəlif müraciətlə çıxış ediblər.

Lent.az xəbər verir ki, Zaqatala RQİİ-nin baş mühəndisi Taleh Həsənov tədbiri açıq elan edəndən sonra mikrofon önünə ilk çıxan Şahpəri Bünyadova debitor borcun ödənilməsində köməkliyin göstərilməsini xahiş edib.

Ardınca 119-120-ci kvartalların 500-ə yaxın sakini adından Eldar Abuzərli müraciətini ünvanlayıb. Adıçəkilən sakin qeyd olunan ünvanların qazlaşdırılmasını istəyib.

Vətəndaşa məlumat verilib ki, həmin ərazinin qazlaşdırılması ilə bağlı layihə hazırdır və tezliklə işlərə başlanılacaq. Zaqatala RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1545
avatar

Fidan İlqar

Oxşar yazılar