Sahibkarlarla növbəti görüş Göygöl rayonunda olacaq
10 may 2022 10:40 (UTC +04:00)

Sahibkarlarla növbəti görüş Göygöl rayonunda olacaq

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. 

Lent.az xəbər verir ki, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Göygöl rayonunda təşkil olunacaq. "Azəriqaz"ın rəhbər şəxsləri Göygöl rayonu, Hummel küçəsi, Heydər Əliyev adına parkda baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. 

“Səyyar qəbul otağı” mayın 11-də saat 13:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

# 1380
avatar

Oxşar yazılar