Qlobal biznes futurist 30-cu Yubiley “Baku Energy Week” üçün Bakıya gəlir
30 may 2025 11:02 (UTC +04:00)

Qlobal biznes futurist 30-cu Yubiley “Baku Energy Week” üçün Bakıya gəlir

2025-ci ilin 2-4 iyun tarixlərində regionun ən önəmli enerji tədbiri olan sayca 30-cu Yubiley “Baku Energy Week” (Bakı Enerji Həftəsi) təşkil ediləcək.

“Baku Energy Week”in tərkib hissəsi olan “Baku Energy Forum” 3–4 iyun tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək. Forum enerji sahəsinin əsas iştirakçılarını, sənaye liderlərini, aparıcı beynəlxalq ekspertləri, investorları və biznes nümayəndələrini hər il bir araya toplayaraq, enerji sahəsində dialoq üçün zəmin yaradır. 

Bakı Enerji Forumu gələcəyi formalaşdıran ideyalarla tanış olmaq üçün unikal imkan təqdim edir. Təşkilatçıların dəvəti ilə dünyaca tanınmış global biznes eksperti, məruzəçi, isveçli iqtisadçı, futurist və beynəlxalq “bestseller” kitabların müəllifi Kyel A. Nordström sayca 30-cu olan Yubiley Bakı Enerji Forumunda iştirak edəcək. 4 iyun tarixində Bakı Konqres Mərkəzində tanınmış məruzəçinin xüsusi çıxışı olacaq. Müasir dövrün ən parlaq mütəfəkkirlərindən biri olan Nordström Azərbaycanda ilk dəfə olaraq qlobal iqtisadiyyatın gələcəyi, enerji bazarlarının transformasiyası və oyun qaydalarını dəyişəcək innovasiyalarla bağlı fikirlərini bölüşəcək.

Gələcəyi proqnozlaşdırmaq kimi unikal bir bacarığı ilə seçilən Kjell A. Nordström dünyanın ən sevilən və tələb olunan natiqlərindən biridir. Transmilli təşkilatlar üzrə ekspert olan Nordström 1990-cı illərdən bəri şirkətlərin, hətta bütöv cəmiyyətlərin inkişaf və böhran dövrlərindən uğurla çıxmasına yardım etmişdir. Onun peşəkarlığı, detallara iti baxışı və dərin təcrübəsi çıxışlarını təsirli edir və auditoriyasında demək olar ki, heç kəsi laqeyd buraxmır.

Nordströmün Bakı Enerji Forumunda çıxış etdiyi sessiya gələcəyin iqtisadiyyatı, yeni yanaşmalar və enerji sahəsində qlobal tendensiyalara həsr olunmuş maraqlı bir diskussiya olacaq. Bu sadəcə bir çıxış deyil, eyni zamanda artıq bu gündən fəaliyyətə ilham verən ideyalarla dolu unikal bir görüşə çevriləcək.

“Baku Energy Week”ə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Tədbirin təşkilatçıları “Iteca Caspian” və onun beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. “Baku Energy Week” Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.

Tədbir haqqında ətraflı məlumatlar ilə www.bakuenergyforum.az saytında və sosial şəbəkə hesablarında tanış olmaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar