® “Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır
29 noyabr 2022 16:17 (UTC +04:00)

®“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafına töhfə vermək məqsədilə mobil operator “Nar” bu il də NETTY milli internet mükafatına dəstək olur.

Mükafatın münsifləri hər il Azərbaycanın ən yaxşı İT layihələrini, mühüm veb-resursları və informasiya texnologiyaları sahəsində peşəkarları müəyyən edib mükafatlandırır.

Müsabiqədən iştirak etmək istəyənlər hər birində 3 alt kateqoriya olan 7 nominasiya üzrə ərizələrini təqdim edə bilərlər. Bu ilki nominasiyalar “Dövlət və cəmiyyət”, “İqtisadiyyat və Biznes”, “Maliyyə və banklar”, “Elm, Təhsil və İnnovasiyalar”, "Səhiyyə, İdman və Turizm", “İnformasiya və Xəbərlər” və “Mədəniyyət, İncəsənət və Yaradıcılıq” olaraq müəyyən edilib. İştirak üçün müraciət netty.az saytında, onlayn qaydada qeydə alınır. İştirak ərizələrinin qəbulu üçün son gün 30 noyabr tarixidir.

Qeyd edək ki, müsabiqə “Nar”-ın əsas tərəfdaşlığı ilə keçirilir. “Nar” özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda yerli İT sahəsinin inkişafına və müxtəlif yenilikçi layihələrin tətbiqinə dəstək olur.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

# 630
avatar

Oxşar yazılar

"Azəriqaz"da növbəti görüş Mingəçevirdə  OLACAQ

"Azəriqaz"da növbəti görüş Mingəçevirdə OLACAQ

6 fevral 2023 , 17:24
"Azəriqaz"dan həftəlik STATİSTİKA -  VİDEO

"Azəriqaz"dan həftəlik STATİSTİKA - VİDEO

6 fevral 2023 , 16:51
"Azercell"dən Türkiyədəki abunəçilərinə dəstək!

"Azercell"dən Türkiyədəki abunəçilərinə dəstək!

6 fevral 2023 , 16:21
“Nar” Türkiyədə olan abunəçilərinin balansına internet və danışıq dəqiqələri əlavə edir

“Nar” Türkiyədə olan abunəçilərinin balansına internet və danışıq dəqiqələri əlavə edir

6 fevral 2023 , 13:03
"Bakcell" Türkiyədəki abunəçilərinə dəstək göstərdi

"Bakcell" Türkiyədəki abunəçilərinə dəstək göstərdi

6 fevral 2023 , 12:29
"Kapital Bank" yenə də müştərilərin kreditini ödəyəcək

"Kapital Bank" yenə də müştərilərin kreditini ödəyəcək

6 fevral 2023 , 10:46
Bir gündə  12,5 milyard   qazandı

Bir gündə 12,5 milyard qazandı

3 fevral 2023 , 17:48
“Azəriqaz”a müraciətlərin sayı AÇIQLADI  - FOTO

“Azəriqaz”a müraciətlərin sayı AÇIQLADI - FOTO

3 fevral 2023 , 15:44